Murad Arif ft. Okaber Yaşamalı Sözleri


Murad Arif ft. Okaber Yaşamalı Sözleri

Murad Arif ft. Okaber Yaşamalı Şarkı Sözleri

[Murad Arif]
Yaşamalı…
Acısıyla, şiriniylə dadmalı
Həyat hər gün yenidir anlamalı
Bəzən gülməli olur
Bəzən isə ağlamalı…
Yaşamalı…
Yağış hərdən şəhəri islatmalı
Hərdən yaxınlardan uzaqlaşmalı
Soyuq bir dünyada şamtək yanmağı
Bacarmalı… Yaşamalı…

O gözlərdən təbəssüm yağacaq hələ
İlk baharda güllərin açacaq hələ
Günəş bir gün səninçün doğacaq hələ…

[Okaber]
Ağır zərbələrə zərbəçi dözər
Lazım deyildi kəlbətin pressə, əlfəcin pyesə…
Təklik bərkidir mərdi, tərki-dünyanın təfəkkürü kimi sirlidi..
Məkrin tərkibi tərk edilən hər kimin təkəbbürü kimi kirlidi…
Sən elə mənsən, mən elə sən, əgər gecələr dəmsənsə…
Sənin sənə səni sənsən…
Sən sənsənsə
Hər kəsə tüpür! Rədd elə!
Arxamca bağır gəlim…
Kimsə xonçada donuz başı kimi görünəndə çağır gəlim…
Tək əldən səs çıxmaz deyən, həyatdan tək əlli yapışıb…
Feys-kontrolu keçə bilən köpəyin abrına nə gəlib, yaxşı?!
Səs salırdım ki, yatanlar ayılsın özüm oyandığımda
Arxamca danışırmış arxasında dayandığım da…
Arxayın arxayın…

[Murad Arif]
Dəniz coşub qayalara çırpınanda
Göylər bezib, ildırımlarla çaxanda
Sonuncu gün ümid qalır bu dünyada
…son ümid var bu dünyada

İnan ki, sən nə ilk nə son dərdli adam
Həyat budur, yorulsan da yola davam
O sinəndə ürək vurursa durmadan
..bezmək olmaz yaşamaqdan…

Yaşamalı…


Yayınlanma Tarihi: 17 Mart 2021

Kategori: Şarkı Sözleri

Görüntüleme: 58 Defa

Etiketler:


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir